Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu Zindanmuruq kəndində keçirilmişdir

08 yanvar 2026 | 23:00
Qusar Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu Zindanmuruq kəndində keçirilmişdir
8 yanvar 2026-cı il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov rayonun Zindanmuruq kəndində vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda kənd sakinləri ilə yanaşı, RİH başçısı Aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, bir sıra idarə, müəssisələrin rəhbərləri də iştirak etmişdir.
Qəbul zamanı sakinlər kənddə elektrik enerjisinin zəif olduğunu bildirərək bu problemin aradan qaldırılması, həmçinin torpaq sahəsinə çıxarışın alınmasına köməklik göstərilməsi və digər məsələlərlə bağlı müraciətlərini etmiş, şəhid ailəsinin üzvü yaşadığı evə qaz xəttinin çəkilməsinə görə rayon rəhbərinə təşəkkürünü bildirmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı hər bir müraciəti diqqətlə dinləyərək, sakinlər tərəfindən qaldırılmış məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlarını vermişdir.
Keçidlər