Qusar rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu Zuxul kəndində keçirilmişdir.
21 dekabr 2022 | 17:03
Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov rayonun Zuxul kəndində vətəndaşların səyyar qəbulunu keçirmişdir. Qəbulda kənd sakinləri ilə yanaşı RİHB Aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanllarının, bir sıra idarə və müəssisələrinin rəhbərləri də iştirak etmişdir. Sakinlər əkin sahələrinin suvarılması üçün su nasosunun elektrik şəbəkəyə qoşulmasını, kəndi internet xidməti ilə təmin olunmasını xahiş etmişdirlər. Şair Alxasov vətəndaşları narahat edən digər məsələləri ilə tanış olmuş, sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi ilə bağlı müvafiq izahat verilmiş, digər məsələlərin həlli üçün aidiyyatı təşkilatlara müvafiq göstərişlər verilmişdir.