Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar Rayon İcra Hakimiyyəti başçısının Qurban bayramı münasibətilə rayon sakinlərinə təbriki-2026

26 may 2026 | 19:24
 
Hörmətli qusarlılar, əziz bacılar və qardaşlar!
Sizi İslam dünyasının müqəddəs bayramlarından olan Qurban bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bu mübarək günün hər evə sevinc, hər süfrəyə bərəkət, hər qəlbə sülh və əmin-amanlıq gətirməsini arzulayıram.
Qurban bayramı insanı Allaha yaxınlaşdıran, qəlbləri təmizləyən, cəmiyyətdə mərhəmət, həmrəylik və qarşılıqlı kömək hissini gücləndirən ali bir fəzilət bayramıdır. İslamın mütərəqqi ənənələrini davam etdirən, onun yüksək dəyərlərinə sahib olan xalqımız dini bayramlara xüsusi önəm verməklə, Qurban mərasimlərini hər il böyük təntənə və yüksək əhval-ruhiyyə ilə keçirir. Bu bayram günlərində respublikamızın hər yerində olduğu kimi, Qusar rayonunda da qurbanlar kəsilir, xalqımızın firavanlığı, sülh və əmin-amanlığı üçün dualar edilir, xeyriyyəçilik işləri görülür. Bu bayram günlərində şəhidlərimizin əziz xatirəsini yad edir, ürəyi Vətən sevgisi ilə döyünən hər bir vətəndaşımıza dərin ehtiramımızı ifadə edirik.
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması, dinlərarası və millətlərarası dialoqun möhkəmləndirilməsi istiqamətində məqsədyönlü siyasət həyata keçirilir. Zəngin tarixi, çoxmillətli tərkibi və tolerantlıq mühiti ilə seçilən Qusar rayonunda da bu siyasət uğurla davam etdirilir.
Qusar rayonunda da bayram günlərində müxtəlif xeyriyyə və sosial dəstək tədbirləri həyata keçirilir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə bayram sovqatları təqdim edilir.
Əziz həmvətənlər!
Bir daha Qurban bayramınızı səmimi qəlbdən təbrik edirəm. Bu müqəddəs bayram günlərində etdiyiniz dualar, kəsdiyiniz qurbanlar Tanrı dərgahında qəbul olunsun.
Bayramınız mübarək!
Keçidlər