Qusar rayon Icra Hakimiyyəti başçsının növbəti səyyar qəbulu Gündüzqala kəndində keçirilmişdir
May ayının 19-da rayonun Gündüzqala kəndində Qusar rayon İcra Hakimiyyətinin başçsı Şair Alxasov tərəfindən Gündüzqala kənd sakinlərinin qəbulu keçirilmişdir. Qəbulda kənd sakinləri ilə yanaşı RİHB Aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanıllarının, bir sıra idarə və müəssisələrinin rəhbərləri də iştirak etmişdir. Sakinlər tərəfindən məktəb binasının və tibb məntəqəsinin isitmə sisteminin qurulması, məktəb üçün idman zalı, akt zalı və əlavə sinif otaqlarından ibarət korpusun tikintisi, suvarma suyu ilə təminatında olan problemlərin həlli ilə bağlı məsələlər qaldırılmışdır. Sakinlər tərəfindən qaldırılan problemlərin bir qismi ilə bağı izahat verilmiş, digər məsələlərin həlli üçün aidiyyatı təşkilatlara müvafiq göstərişlər verilmişdir.