Qusar rayon İcra Hakimiyyəti başçsının növbəti səyyar qəbulu rayonun Haçatala kəndində keçirilmişdir
Qəbulda kənd sakinləri, RİHB Aparatının məsul əməkdaşları, idarə və müəssisə rəhbərləri də iştirak etmişdir. Görüşdə sakinlər suvarma suyundan səmərəli istifadə olunması və su itkilərinin qarşısının alınması üçün torpaq əsaslı suvarma arxlarının betonlaşdırılmasını, qış aylarında evlərin isidilməsi üçün odun tədarükü zamanı yaranan çətinlikləri nəzərə alaraq kəndin təbii qazla təmin olunmasını, köhnəlmiş elektrik xətlərinin yeni kabel xətləri ilə əvəz olunmasını və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş etmişdir. Qəbulda kənd sakinləri tərəfindən qaldırılan suallar dinlənilmiş, bir sıra məsələlərlə bağlı sakinlərə izahat verilmiş, problemlərin həlli üçün əlaqədar qurum və təşkilat rəhbərlərinə lazımi tədbirlərin görülməsi tapşırılmışdır.