Qusar rayon İcra Hakimiyyəti tərəfindən rayonun Üzdənoba kəndində səyyar qəbul keçirilib
Qusar rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edən, RİH başçısının birinci müavini Şahid Fərəməzov rayonun Üzdənoba kəndində növbəti səyyar qəbulunu keçirib. Qəbulda kənd sakinləri ilə yanaşı RİHB Aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının, bir sıra idarə və müəssisələrinin rəhbərləri də iştirak etmişdir. Kənd sakinləri onları narahat edən məsələlərin həlli ilə bağlı rayon rəhbərliyinə müraciət ediblər. Sakinləri narahat edən əsas məsələlərdən biri, elektrik enerjisinin verilişini təmin edən xətlərin istismar müddətinin başa çatdığından yararsız vəziyyətdə olması, əlavə transformatorun quraşdırılması, kəndə yaxın ərazidə bankomat və ödəmə terminalın quraşdırlması və bir sıra digər məsələlər olmuşdur. Şahid Fərəməzov sakinlər tərəfindən qaldırılan bəzi məsələlərlə əlaqədar aidiyyatı qurumların rəhbərlərinə müvafiq göstərişlərini verdi, digər məsələlərin həlli üçün zəruri tədbirlərin görüləcəyini bildirdi.