Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar Rayon İcra Hakimiyyəti yanında Məşğulluğa Kömək Göstərən Əlaqələndirmə Komitəsinin və Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz Regional Məşğulluq filialının birgə təşkilatçılığı ilə sosial tərəfdaşlarla görüş keçirilmişdir

04 may 2026 | 11:13
Aprelin 30-da Qusar Rayon İcra Hakimiyyəti yanında Məşğulluğa Kömək Göstərən Əlaqələndirmə Komitəsinin və Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz Regional Məşğulluq filialının birgə təşkilatçılığı ilə sosial tərəfdaşlarla - özəl sektoru təmsil edən sahibkarlarlarla görüş keçirilmişdir. Görüşün əsas məqsədi rayonda əhalinin məşğulluğunun təmin edilməsi, işsizliyin azaldılması, sosial müdafiə tədbirlərinin gücləndirilməsi istiqamətində dövlət tərəfindən təsdiq edilmiş proqram və mexanizmlər barədə görüş iştirakçılarını məlumatlandırmaq, həmçinin gələcək fəaliyyətdə həmin alətlərdən səmərəli istifadə yollarının müzakirəsi olub.
Tədbirdə çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun müdiri İkram Tumarxanov, Regional Məşğulluq filialının rəisi Cəfər Cəfərov sosial ödənişlər, pensiya və müavinətlər, aktiv məşğulluq proqramları, peşə hazırlığı kursları, reabilitasiya xidmətləri kimi sosial müdafiə tədbirlərinin əhalinin həssas və imtiyazlı qruplarının, işsiz şəxslərin və pensiyaçıların rifahının yüksəldilməsi, onların sosial risklərdən qorunması məqsədilə dövlət tərəfindən həyata keçirilən mühüm mexanizmlər olduğunu vurğulayıblar. Həmçinin görüş iştirakçılarının diqqətinə çatdırılıb ki, dövlət dəstəyi tədbirləri çərçivəsində sosial iş yerlərində çalışan işçilərin əməkhaqqının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilir, kvotadan əlavə iş yerləri yaradılır, məqsədli proqramlar icra olunur vətəndaşlar üçün ödənişsiz peşə hazırlığı kursları təşkil edilir.
Tədbirdə qeyd olunan proqram və mexanizmlərin tətbiqi, onlardan yararlanma qaydaları barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Qeyd olunan dövlət dəstəyi mexanizmlərindən yararlanan bir sıra özəl sektor nümayəndələri bu proqramlardan istifadə edilməklə əldə edilən nəticələrdən məmnunluqlarını ifadə ediblər.
Əhalinin məşğulluğunun təmin edilməsi, sosial rifah halının yüksəldilməsi və işsizliyin azaldılması rayon rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanılan əsas məsələlərdəndir. Bu istiqamətdə aidiyyəti qurumlarla birgə tədbirlərin həyata keçirilməsi bundan sonra da davam etdiriləcəkdir.
Keçidlər