Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar Rayon İcra Hakimiyyəti yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın növbəti iclası keçirilmişdir

27 aprel 2026 | 18:35
 
Aprelin 27-də Qusar Rayon İcra Hakimiyyəti yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın növbəti iclası keçirilmişdir. İclasda Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Komissiyanın sədri və üzvləri, habelə müzakirəyə çıxarılan məsələlərlə bağlı dəvət olunmuş vətəndaşlar iştirak etmişdir.
Komissiyanın təsdiq olunmuş gündəliyinə əsasən, yetkinlik yaşına çatmayanların təhsildən yayınması faktları üzrə daxil olmuş 3 inzibati xəta haqqında və digər işlərə baxılmışdır. İclas zamanı hər bir inzibati iş üzrə valideynlərin izahatları dinlənilmiş və aparılmış araşdırmaların nəticələri hərtərəfli təhlil olunmuşdur.
Qusar Rayon İcra Hakimiyyətinin başçısı iclasda çıxış edərək icbari ümumi orta təhsilin təmin edilməsinin dövlətin əsas vəzifələrindən biri olmaqla yanaşı, valideynlərin də birbaşa öhdəliyi olduğunu vurğulamışdır. İcra başçısı uşaqların təhsildən yayındırılmasının yolverilməz hal olduğunu, bununla onların hüquq və mənafelərinin kobud şəkildə pozulduğunu xüsusi qeyd etmiş, valideynlərin bu sahədə qanunvericiliklə müəyyən edilmiş məsuliyyətini bir daha xatırlatmışdır.
Gündəlikdəki məsələlərin müzakirəsi zamanı Komissiya üzvləri mövcud vəziyyətlə bağlı hüquqi qiymət vermiş, rəy və təkliflərini səsləndirmişdir. Aparılmış müzakirələrin yekunu olaraq, rayon ərazisində təhsildən yayınma hallarının vaxtında aşkarlanması və aradan qaldırılması, yetkinlik yaşına çatmayanların təhsil müəssisələrinə davamiyyətinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, valideyn məsuliyyətinin artırılması məqsədilə hüquqi maarifləndirmə işinin gücləndirilməsi zərurəti nəzərə alınmaqla səs çoxluğu ilə müvafiq qərarlar qəbul edilmişdir.
Qəbul olunmuş qərarların icrası ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmiş, icraya nəzarət Komissiyaya həvalə olunmuşdur.
Keçidlər