Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar Rayon Icra Hakimiyyətində dövlət qulluqçularının peşə bayramı münasibətilə tədbir keçirilmişdir.

21 iyun 2024 | 18:07

Qusar rayonunda 23 iyun Dövlət qulluqçularının peşə bayramı münasibətilə tədbir keçirilmişdir. Tədbir iştirakçıları ilk öncə rayon İcra Hakimiyyətinin foyesində yerləşən Ulu Öndər Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyaraq əziz xatirəsini bir daha yad etmişlər. Daha sonra tədbir RİH-nin akt zalında davam etdirilmişdir. Tədbiri giriş sözü ilə açan Qusar İcra Hakimiyyətinin başçısının birinci müavini, RİH başçısı vəzifəsini müvəqqəti icra edən Şahid Fərəməzov bildirib ki, Ümummilli Liderimiz Heydər Əliyev ölkəmizə rəhbərlik etməyə başladığı dövrdən dövlət idarəetmə sistemi təkmilləşdirilmiş və çevik idarəetmə sistemi yaradılmışdır. Azərbaycanda dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsidir. Bu qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulmuş, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilmişdir. Ümummilli Liderin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qulluqçularının sosial müdafiəsinə göstərdiyi diqqət və qayğıdan bəhs edən Ş.Fərəməzov dövlət başçısının 2006-ci il 25 may tarixli sərəncamı ilə dövlət qulluqçularının peşə bayramının təsis olunmasını da bu sahədə çalışan insanların əməyinə ən yüksək səviyyədə verilən dəyərin növbəti təzhürü olduğunu vurğulayıb. Şahid Fərəməzov dövlət qulluqçularını təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulamış, dövlət qulluğunda fərqləndiyinə görə müvafiq əmrlə bir qrup dövlət qulluqçusuna növbəti ixtisas dərəcələrinin verilməsi üçün əmr imzalandığı bildirmişdir. Tədbirdə Qusar rayon İcra Hakimiyyəti Başçısı Aparatının şöbə müdiri Ənvər Balabəyov, Quxuroba və Şirvanlı İnzibati Ərazi Dairələri üzrə nümayəndələr Akif Ağakərimov və Yavər Mürsəlov çıxış edərək dövlət qulluqçularını təbrik etmişlər.

 

Keçidlər