Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar Rayon İcra Hakimiyyətində İctimai Şuranın növbəti iclası keçirilib-25 may 2026

25 may 2026 | 19:12
25 may 2026-cı il tarixində Rayon İcra Hakimiyyətinin Başçısı yanında İctimai Şuranın iclası keçirilib. İclasda RİH Başçısı Aparatının məsul əməkdaşları və İctimai Şuranın üzvləri iştirak ediblər. İclasda rayon ərazisində son dövrlərdə görülən abadlıq-quruculuq işləri, icra olunan irimiqyaslı layihələrin gedişi və mövcud problemlərin həlli məsələləri müzakirə olunub.
İclasda giriş sözü ilə çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov Şuranın iclasını açıq elan edib. Rayon rəhbəri çıxışında İctimai Şuranın işinin rayonun sosial-iqtisadi inkişafı sahəsində mühüm rol oynadığını vurğulayıb. İcra başçısı Qusarın kənd təsərrüfatı rayonu olduğunu diqqətə çatdıraraq, sahibkarlarla əməkdaşlığın genişləndiyini, əlaqələrin yüksək səviyyədə qurulduğunu bildirib. Həmçinin rayonda həyata keçirilən genişmiqyaslı layihələr barədə ətraflı məlumat verib.
İctimai Şuranın sədri Sənan Xəlilov, üzvləri - Vidadi Sevzixanov, Əliyulla Ağalarov, Jalə Əmirbəyova və digər üzvlər rayonda həyata keçirilən infrastruktur layihələrini, abadlıq-quruculuq işlərini yüksək qiymətləndiriblər. Qeyd olunub ki, bu istiqamətdə şura üzvləri də öz dəstəklərini əsirgəmirlər.
Çıxış edənlər rayonun Nəriman Nərimanov adına mədəniyyət və istirahət parkında aparılan abadlıq işlərinin davamlılığını məmnunluqla qeyd ediblər. Eyni zamanda, son günlər müşahidə olunan yağıntılı hava şəraitinin yaratdığı fəsadların aradan qaldırılması, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi və mümkün zərərin minimuma endirilməsi məqsədilə rayon rəhbərliyi tərəfindən operativ tədbirlərin görüldüyü bildirilib.
İclasda Şura üzvləri bir sıra təkliflərlə çıxış ediblər. Qeyd olunub ki, gənclərin rayonda qalaraq fəaliyyət göstərməsi üçün onların sosiallaşması istiqamətində əlavə imkanlar yaradılmalıdır. Məktəbəqədər təhsil müəssisələrinin sayının artırılması, qadınlar üçün öz əl işlərini və məhsullarını sata biləcəkləri satış məntəqələrinin təşkili bu təkliflər sırasında yer alıb.
Rayon icra hakimiyyətinin başçısı səsləndirilən təkliflərin təhlil olunacağını qeyd edib və qarşıdakı dövrdə də İctimai Şuranın üzvləri ilə səmərəli əməkdaşlığın davam etdiriləcəyini vurğulayıb.

 

Keçidlər