Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar Rayon İcra Hakimiyyətində müşavirə keçirilib

28 oktyabr 2026 | 18:12
 
Oktyabrın 28-də Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanovun, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul şəxslərinin və onlayn qaydada rayonun xidmət sahələrinin rəhbərlərinin, inzibati ərazi dairələri üzrə icra nümayəndələri və bələdiyyə sədrlərinin iştirakı ilə müşavirə keçirilib.
Müşavirədə qarşıdan gələn qış mövsümünə hazırlıqla bağlı tapşırıq və tövsiyələrini verən rayon rəhbəri mövsümə hazırlıqla bağlı görülən işlərin vaxtında və keyfiyyətlə başa çatdırılmasının və qarşıdan gələn bayram günlərində əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə fasiləsiz təmin edilməsinin vacibliyini vurğulayıb.
Müşavirədə müzakirə olunan digər məsələ qanunsuz tikililərin qarşısının alınması ilə bağlı olub. Bu istiqamətdə mütəmadi tədbirlərin həyata keçirilməsinə baxmayaraq, hələ də bu cür hallara rast gəlindiyini qeyd edən icra başçısı qanunsuz tikintiyə cəhd hallarına yol verilməməsini, bu istiqamətdə tədbirlərin davam etdirilməsini tapşırıb.
İcra başçısı vətəndaş müraciətlərinə baxılmasının daim diqqət mərkəzində saxlanılmalı olduğunu bildirərək qeyd edib ki, sakinlərin müraciətlərinə operativ və obyektiv baxılmalı, hər bir məsələ qanunvericiliyin tələblərinə uyğun həllini tapmalıdır. Rayon rəhbəri icra nümayəndələrinə və bələdiyyə sədrlərinə vətəndaş müraciətlərinin öz səlahiyyətləri çərçivəsində həllini, səlahiyyətləri xaricində olan, həlli əlavə tədbir və ya yuxarı instansiyanın müdaxiləsini tələb edən məsələlərin isə təxirə salınmadan Rayon İcra Hakimiyyətinə təqdim edilməsini tapşırıb. Həmçinin yerlərdə ümumtəhsil məktəblərinin yanacaqla təminatına nəzarətin həyata keçirilməsi ilə bağlı müvafiq göstəriş verilib.
İclasda daha sonra ayrı-ayrı kəndlərdə mövcud vəziyyətlə bağlı məlumatlar dinlənilib, digər ümumi məsələlər müzakirə edilib.
Keçidlər