Qusar rayon İcra Hakimiyyətində qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirildi.
7 dekabr 2022-ci ildə Qusar rayon İcra Hakimiyyətində RİH başçısı Şair Alxasovun sədrliyi ilə rayonun idarə, müəssisə və kommunal təsərrüfat rəhbərlərinin iştirakı ilə 2022-ci ildə Qusar rayonunda görülmüş işlər, eləcə də qış mövsümünə hazırlıq, mövcud problemlər və qarşıda duran vəzifələrə həsr olunmuş operativ müşavirə keçirilmişdir. Müşavirədə elektrik enerjisi, qaz təsərrüfatı, içməli su və kanalizasiya, yol təsərrüfatı, kommunal müəssisələrin rəhbərləri çıxış edərək, rəhbərlik etdikləri sahələrdə görülmüş işlər, mövcud vəziyyət və problemlər barəsində rayon rəhbərinə məruzə etmişlər. RİH başçısı Şair Alxasov tərəfindən elektrik enerjisi ilə təminat baxımından tez-tez problemlərlə qarşılaşan yaşayış məntəqələrində təxirəsalınmadan zəruri profilaktik işlərin görülməsinə dair aidiyyatı sahələrin rəhbərlərinə tapşırıqlar verilmiş, eləcə də bir həftə ərzində rayonun elektrik təsərrüfatında görülməli qabaqlayıcı profilaktik işlərə dair konkret qrafikin hazırlanması və RİH-nə təqdim etməsinə dair göstəriş verilmişdir. Eləcə də, qaz təsərrüfatında qalmaqda olan nöqsanların aradan qaldırılması, qış mövsümü ərzində əhalinin normal təzyiqli qazla təchizatına dair tövsiyələrini aidiyaytı qurumun rəhbərinə bildirilmişdir. Qış mövsümünün gəlişi ilə bağlı yol təsərrüfatına diqqətin xüsusi olaraq ayrılmasının vacibliyinə toxunan rayon rəhbəri yol təsərrüfatı sahəsinə məsul şəxslərə qış mövsümündə nəqliyyatın təhlükəsiz hərəkətinin təmin edilməsi üçün vaxtaşırı yolların qardan təmizlənməsi və qum, duz tədarükünün görülməsinə dair tapşırıqlarını vermişdir.
Müşavirədə müzakirə olunmuş məsələlərin, verilmiş tapşırıq və göstərişlərin icrasını nəzarətdə saxlamaq və vaxtaşırı işlərin gedişatına dair rayon rəhəbərinə məlumat vermək RİH başçısının müavinlərinə tapşırılmışdır.