Qusar Rayon İcra Hakimiyyətində Sudan İstifadəedənlər Birliklərinin yeni seçilmiş sədrləri və icraçı direktorları ilə su təsərrüfatlarının idarə olunmasında bələdiyyələrin rolunun artırılması məqsədilə görüş keçirilib
18 oktyabr 2025 | 22:27
Qusar Rayon İcra Hakimiyyətində Sudan İstifadəedənlər Birliklərinin yeni seçilmiş sədrləri və icraçı direktorları ilə su təsərrüfatlarının idarə olunmasında bələdiyyələrin rolunun artırılması məqsədilə görüş keçirilib
Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 oktyabr tarixli 320 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2024-2027-ci illərdə su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya" nın həyata keçirilməsi üzrə Tədbirlər Planının su ehtiyatlarının effektiv idarə edilməsi prioriteti çərçivəsində müəyyən olunmuş 9.2.1.3-cü bəndinə əsasən su təsərrüfatlarının idarə edilməsində bələdiyyələrin rolunun artırılması və Sudan İstifadəedənlər Birliklərinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Qusar Rayon İcra Hakimiyyətində tədbir keçirilmişdir.
Tədbirin əsas məqsədi su təsərrüfatlarının idarə olunmasında bələdiyyələrin iştirakını gücləndirmək, Sudan İstifadəedənlər Birliklərinin fəaliyyətini daha səmərəli və şəffaf şəkildə qurmaq, eyni zamanda, su ehtiyatlarından dayanıqlı istifadəni təmin etməkdir.






