Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar Rayon İcra Hakimiyyətində vətəndaşların müraciətləri dinlənilib

22 iyul 2025 | 18:31
 
Vətəndaş məmnunluğunun təmin olunması, onların qayğı və problemlərinə həssas yanaşılması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin başlıca prioritetlərindən biridir. Bu yanaşma dövlət idarəçiliyində şəffaflığın və vətəndaşlarla birbaşa ünsiyyətin gücləndirilməsinə xidmət edir, yerli səviyyədə operativ və məsuliyyətli qərarların qəbulunu stimullaşdırır.
İyulun 22-də Qusar Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti Administrasiyasına və Birinci vitse-prezidentinin Katibliyinə müraciət edən Qusar sakinləri ilə görüş keçirilib, vətəndaşların müraciətləri dinlənilib.
Qəbul zamanı səsləndirilən müraciətlər əsasən torpaq sahələrinin verilməsi və sənədləşdirilməsi, mənzil təminatı, eləcə də sosial-məişət çətinliklərinin – o cümlədən maddi və ünvanlı sosial yardımın verilməsi ilə bağlı məsələləri əhatə edib. Qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Qəbulda iştirak edən vətəndaşlara müraciətlərinə baxılma prosesi, hüquqi mexanizmlər və mümkün sosial dəstək imkanları barədə ətraflı məlumat verilib.
Keçidlər