Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti fərdi qəbulu keçirilib

26 may 2026 | 15:04
Qusar rayonunda rayon rəhbəri tərəfindən əhalinin müxtəlif təbəqələri ilə mütəmadi ünsiyyətin qurulması, müraciətlərin yerində dinlənilməsi və qanunvericiliyə uyğun həlli istiqamətində işlər ardıcıl şəkildə davam etdirilir.
Mayın 25-də rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanov şəhid ailəsinin üzvü və bir qrup Vətən müharibəsi qazilərini fərdi şəkildə qəbul edib. Vətəndaşlar tərəfindən müxtəlif məzmunlu müraciətlər səsləndirilib. Torpaq sahəsi ilə təmin olunma, son günlər müşahidə olunan yağıntılı hava şəraiti nəticəsində dəymiş zərərin aradan qaldırılması üçün köməklik göstərilməsi, habelə əlillik dərəcəsinin bərpası məsələləri müraciətlər sırasında yer alıb.
İcra başçısı hər bir müraciəti diqqətlə dinləyib, müraciətlərin araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həlli məqsədilə müvafiq tapşırıqlarını verib. Qeyd edib ki, müraciətlərin icra vəziyyəti nəzarətdə saxlanılacaq və nəticəsi barədə vətəndaşlara məlumat veriləcək.
Qəbula gələn vətəndaşlar şəhid ailələri, qazilər və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə ölkə başçısına, bu siyasətin Qusar rayonunda uğurla icrasına görə rayon rəhbərinə minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər