Qusar Rayon İcra Hakimiyyətində yeni təyinat olub
15 sentyabr 2025 | 18:57
Qusar Rayon İcra Hakimiyyəti Başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə yeni təyinat olub. Qusar Rayon İcra Hakimiyyəti başçısının əmri ilə qeyd olunan vəzifəyə Ceyhun Məzahir oğlu Hacıyev təyin edilib.
Qeyd edək ki, Ceyhun Hacıyev 2003-2006-cı illərdə Qusar Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsul katibi, 2006-2008-ci illərdə Rayon İcra Hakimiyyəti Başçısı Aparatında baş məsləhətçi (RİH başçısının köməkçisi), 2008-2012-ci illərdə RİH başçısı Aparatının ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri, 2012-2015-ci illərdə İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi, 2015-2025-ci illərdə İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı vəzifələrində çalışıb.
Rayon İcra Hakimiyyəti Başçısı Aparatının kollektivi adından Ceyhun Hacıyevi yeni vəzifəyə təyin edilməsi münasibəti ilə təbrik edir, faəliyyətində uğurlar arzulayırıq.






