Qusar rayon İcra Hakimiyyətinin başçısı Bədişqala kəndində kənd sakinləri ilə görüşmüşdür.
16 noyabr 2023 | 15:54
Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov Bədişqala kəndində vətəndaşlarla görüş zamanı onları narahat edən problemləri ilə tanış olmuşdur. Kənd sakinləri mineral gübrələrin səyyar satışının təşkil edilməsi, yeni yaşayış məhəllələrin qazlaşdırılması və digər məsələlərin həllinə köməklik göstərilməsini xahiş etmişdir. Sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilmiş, bir sıra məsələlərə müvafiq izahat verilmiş, digər problemlərin həlli üçün əlaqədar idarə və təşkilat rəhbərlərinə tapşırıqlar verilmişdir. Qəbulda kənd sakinləri ilə yanaşı RİHB Aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının, bir sıra idarə və müəssisələrinin rəhbərləri də iştirak etmişdir.