Qusar Rayon İcra Hakimiyyətinin başçısı bir qrup şəhid ailəsinin üzvünü və vətəndaşı fərdi qaydada qəbul edib
25 oktyabr 2025 | 19:42
Rayon İcra Hakimiyyətində vətəndaş müraciətlərinə həssas yanaşma və onların operativ həllinə nail olunması istiqamətində mütəmadi tədbirlər görülür. Hər həftənin beşinci günü icra başçısı Sahir Məmmədxanov tərəfindən onlayn formatda keçirilən vətəndaş qəbulları bu istiqamətdə səmərəli idarəetmə modelinə çevrilib.
Oktyabrın 24-də Rayon İcra Hakimiyyəti başçısının növbəti onlayn qəbulu keçirilib. Qəbuldan sonra icra başçısı bir qrup şəhid ailəsinin üzvü və bir neçə vətəndaşı fərdi qaydada qəbul edib.
Vətəndaşlar əsasən məşğulluq, yol infrastrukturunun bərpası və digər gündəlik problemlərlə bağlı müraciətlərini səsləndiriblər. Hər bir müraciət diqqətlə dinlənilib, həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verilib.
Şəhid ailələrinin üzvlərinin sosial vəziyyəti, gündəlik qayğıları ilə maraqlanan rayon rəhbəri onlarla səmimi söhbət apararaq, dövlətin şəhid ailələrinə və müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğının davamlı xarakter daşıdığını, bu istiqamətdə bundan sonra da bütün zəruri addımların atılacağını vurğulayıb.






