Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayon İcra Hakimiyyətinin başçısı Böyük Muruq kəndində kənd sakinləri ilə görüşmüşdür.

15 mart 2024 | 16:50

Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov tərəfindən Böyük Muruq kəndində keçirildiyi növbəti səyyar qəbulda kənd sakinlərini narahat edən problemlər dinlənilmiş, onların həlli istiqamətində müzakirələr aparılmışdır. Vətəndaşlar ilk növbədə kəndin qazlaşdırılması, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin yeniləri ilə əvəz olunması, pay torpaqlarının kol-kosdan təmizlənməsi üçün 5 saylı Ekologiya və Təbii sərvətlər idarəsindən razılığın alınması, kənddaxili yolların təmiri və digər məsələlərin həllinə köməklik göstərilməsi xahiş etmişdir. Sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilmiş, bir sıra məsələlərə müvafiq izahat verilmiş, digər  problemlərin həlli üçün rayon rəbhəri tərəfindən əlaqədar idarə və təşkilat rəhbərlərinə tapşırıqlar verilmişdir. Qəbulda kənd sakinləri ilə yanaşı RİHB Aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının, bir sıra idarə və müəssisələrinin rəhbərləri də iştirak etmişdir.

Keçidlər