Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayon İcra Hakimiyyətinin başçısı cənab Şair Alxasov Əvəcük kəndində səyyar qəbul keçirmişdir

02 may 2024 | 17:21

Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasovun rayonun Əvəcük kəndində keçirdiyi səyyar qəbulda kənd sakinləri onları narahat edən məsələlərin həlli ilə bağlı rayon İcra Hakimiyyətinin başçısına müraciət ediblər. Sakinləri narahat edən əsas məsələlər elektrik enerjisinin verilişində tez-tez fasilələrin baş verməsi, internet sürətinin və keyfiyyətinin qənaətbəxş olmaması ilə bağlı olmuşdur. Rayon İcra Hakimiyyətinin başçısı qaldırılan məsələlərlə əlaqədar işıq və telekomunikasiya qovşağının rəhbərlərinə problemlərin aradan qaldırılması üçün zəruri işlərin görülməsi, elecə də kənddə mövcud digər nöqsanların həlli üçün əlaqədar qurum və təşkilatların rəhbərlərinə ciddi tapşırıqlarını vermişdir. Qəbulda kənd sakinləri ilə yanaşı RİHB Aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının, bir sıra idarə və müəssisələrinin rəhbərləri iştirak etmişdir.

Keçidlər