Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayon İcra Hakimiyyətinin başçısı Gündüzqala kəndində kənd sakinləri ilə görüşmüşdür.

23 noyabr 2023 | 17:40

Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov Gündüzqala kəndində vətəndaşlarla görüş zamanı onları narahat edən problemləri ilə tanış olmuşdur. Kənd sakinləri əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və içməli suya olan tələbatını ödəmək üçün Yuxarı Zeyxur kanalı üzərində yeni su nasos stansiyasının tikilməsi, kənddə mineral gübrə və pestisidlərin səyyar satışının təşkili, məktəb və tibb məntəqə binalarının qazla təchiz edilməsi, kənd daxili yolların təmiri və digər məsələlərin həllinə köməklik göstərilməsini xahiş etmişdir. Sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilmiş, bir sıra məsələlərə müvafiq izahat verilmiş, digər  problemlərin həlli əlaqədar idarə və təşkilat rəhbərlərinə tapşırılmışdır. Qəbulda kənd sakinləri ilə yanaşı RİHB Aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının, bir sıra idarə və müəssisələrinin rəhbərləri də iştirak etmişdir.

Keçidlər