Qusar rayon İcra Hakimiyyətinin başçısı Qalacıq kəndində kənd sakinləri ilə görüşmüşdür
Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov rayonun Qalacıq kəndində vətəndaşların səyyar qəbulunu keçirmişdir. Qəbulda kənd sakinləri ilə yanaşı RİHB Aparatının əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, bir sıra idarə və müəssisələrinin rəhbərləri də iştirak etmişdir. Kənd sakinləri ərazidə olan bağ təsərrüfatlarında dərmanlama işləri aparılan zaman sakinlərə məxsus arı təsərrüfatlardaki bal arıların tələf olmaması üçün münasib şəraitin yaradılması, Qalacıq kəndinin ərazisindən keçən suvarma arxına beton örtüyünün çəkilməsi, kənd tibb məntəqəsinin təmir olunması və digər məsələlər qaldırmışdır. Sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilmiş, bir sıra məsələlərlə bağlı müvafiq izahat verilmiş, digər problemlərin həlli üçün rayon rəhbəri tərəfindən əlaqədar qurum və təşkilat rəhbərlərinə tapşırıqlar verilmişdir.