Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayon İcra Hakimiyyətinin başçısı rayonun Avaranqışlaq kəndində vətəndaşların səyyar qəbulunu keçirib

11 sentyabr 2024 | 18:01

Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov rayonun Avaranqışlaq kəndində vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda kənd sakinlərini narahat edən problemlər dinlənilmiş, onların həlli istiqamətində müzakirələr aparılmışdır. Sakinlər kəndin qazlaşdırılması, istismara yararsız elektrik dirəklərinin və xətlərin yeniləri ilə əvəz olunması, bir ədəd yeni transformatorun quraşdırılması, ümumtəhsil məktəbin tikintisi, örüş sahələrinin sərhədlərinin dəqiqləşdirilməsi və onlardan təyinata uyğun istifadə edilməsi, qışa hazırlıq məqsədilə əhaliyə yanacaq odun biletlərinin satışının təşkili, yay aylarında içməli və suvarma su təminatında yaranan çətinliklərin aradan qadırılması və digər məsələlərin həllinə köməklik göstərilməsi xahiş etmişdir. Sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilmiş, bir sıra məsələlərə müvafiq izahat verilmiş, digər problemlərin həlli üçün rayon icra hakimiyyətinin başçısı tərəfindən əlaqədar idarə və təşkilat rəhbərlərinə tapşırıqlar verilmişdir. Qəbulda kənd sakinləri ilə yanaşı RİHB Aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının, bir sıra idarə və müəssisələrinin rəhbərləri də iştirak etmişdir.

Keçidlər