Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar Rayon İcra Hakimiyyətinin başçısı rayonun Qullar kəndində vətəndaşların səyyar qəbulunu keçirib

14 avqust 2025 | 17:23
Qəbulda həmçinin RİH başçısı Aparatının məsul əməkdaşları, hüquq mühafizə orqanlarının, rayonun idarə və müəssisələrinin rəhbərləri, kənd sakinləri iştirak ediblər. Sakinlər istismara yararsız elektrik xəttləri və dirəklərinin dəyişdirilməsi, fərdi yaşayış evinə işıq və qaz xəttlərinin çəkilməsi, kəndə gələn torpaq əsaslı suvarma arxının betonlanması, əkin sahələrinə gedən yolun təmiri və digər məsələlərlə bağlı müraciətlərini ediblər.
Sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilmiş, bir sıra məsələlərə müvafiq izahat verilmiş, digər problemlərin həlli üçün rayon icra hakimiyyətinin başçısı tərəfindən əlaqədar idarə və təşkilat rəhbərlərinə tapşırıq və tövsiyələr verilmişdir.
Keçidlər