Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov Rayonda fəaliyyət göstərən tibb müəssisələri ilə tanış olub.

22 iyul 2024 | 19:49

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov 2024-cü il iyul ayının 22-də Qusar rayonunda əhaliyə göstərilən səhiyyə xidmətlərinin səviyyəsi, səhiyyə müəssilərinin maddi-texniki bazası ilə tanış olmaq, eləcə də bu sahədə mövcud problemləri yerində öyrənmək məqsədilə Qusar şəhərində fəaliyyət göstərən tibb müəssisələrinə baş çəkib. Mərkəzi Rayon Xəstəxanasında olan RİH başçısı Sahir Məmmədxanova xəstəxanada fəaliyyət göstərən şöbələr, xəstəxananın iş qrafiki, tibbi personalı haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Qusar rayon Mərkəzi  Xəstəxanası Publik Hüquqi Şəxs daxilində 13 kiliniki, 1 inzibati şöbə, 3 Ailə Sağlamlıq Mərkəzi, 19 Kənd Həkim Məntəqəsi və 38 Kənd Tibb Məntəqəsi var. Ümumilikdə rayon üzrə tibb müəssisələrində 904 nəfər çalışır ki, onlardan 614 nəfəri Mərkəzi Rayon xəstəxanasının, 290 nəfəri kənd tibb məntəqələrinin payına düşür. Xəstəxana rəhbərliyi ilə görüş zamanı bu sahədə mövcud problemlər də müzakirə olunub. Qeyd edilib ki, tibb müəssisələri üzrə ilk növbədə 1 Ailə Sağlamlıq Mərkəzinin, 4 Kənd Həkim Məntəqəsinin, 3 Kənd Tibb Məntəqəsinin yeni bina ilə təchiz edilməsinə, eləcə də Təxirəsalınmaz Təcili Tibbi Yardım şöbəsinin genişləndirilməsinə, xəstəxanada Uroloji, Endokrinoloji, Onkoloji cərrahiyyə şöbələrin, Uşaq cərrahiyyə mərkəzinin yaradılmasına, xəstəxana üçün təcili ehtiyacı olan Kompyuter Tomoqrafın, Fibrogastroduodenoskopiya və kolonoskopiya, rəqəmsal Rentgen  cihazlarının alınmasına, Dializ şöbəsi üçün yeni müasir tələblərə uyğun korpusun tikilməsinə zəruri ehtiyac vardır. RİH başçısı daha sonra xəsətəxananın tibbi personalı ilə görüşüb, şöbələrdə xəstələrin müalicəsi üçün yaradılan şəraitlə tanış olub, tibbi sahədə mövcud problemlərin aradan qaldırılması üçün birgə həyata keçirilməli tədbirlərə dair tövsiyələrini xəstəxana rəhbərliyinə bildirib.

RİH başçısı daha sonra Qusar şəhərində fəaliyyət göstərən OKİ Hospitalını ziyarət edib,  höspitalın diaqnostik-poliklinik kompleksi, stasionar şöbə, əməliyyat bloku, eləcə də şimal regionunda yeganə olan ürək-damar mərkəzi ilə tanış olub. Rayon rəhbərliyinə İnvaziv Kardiologiya şöbəsində icra edilən Koronar və Periferik angioqrafiya, Angioplastika xidmətləri, həmçinin mərkəzdə peşəkar kardiocərrahlar briqadası tərəfindən icra edilən unikal ürək əməliyyatları haqqında geniş məlumat verilib. Höspitalın rəhbəri gələcəkdə planlaşdırılan və həyata keçirilməsi nəzərdə tutulan tədbirlər haqqında məlumat verərək bu istiqamətdə rayon rəhbərliyinin dəstəyinə ümid bəslədiyini bildirib. Hospitalın personalı ilə söhbət zamanı icra başçısı regionlarda müasir tələblərə cavab verən tibb müəssisələrinin əhalinin sağlamlığının qorunmasında mühüm rol oynadığını qeyd edib və mərkəzin əməkdaşlarına çətin işlərində uğurlar arzulayıb.

Keçidlər