Qusar rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov Ümummilli Lider Heydər Əliyevin abidəsini və Şəhidlər Xiyabanını ziyarət etmişdir.
Qusar rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov Heydər Əliyev Xatirə kompleksində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzməklə xatirəsini ehtiramla yad etmişdir. Daha sonra Heydər Əliyev Mərkəzi ilə tanış olmuş, Mərkəzdə fəaliyyət bölmələrin, internet klubun, elektron kitabxananın fəaliyyəti ilə yaxından maraqlanmış, muzey ekspozisiyasına baxış keçirmiş, mərkəzin fəaliyyətinin daha da canlandırılması ilə bağlı muzeyin rəhbərliyinə öz tövsiyələrini vermişdir. Daha sonra Qusar şəhərində yerləşən Şəhidlər Xiyabanını ziyarət edən rayon İcra Hakimiyyətinin başçısı 1-ci və 2-ci Qarabağ Müharibəsində həlak olmuş şəhidlərin abidə önünə və şəhidlərin qəbirləri üzərinə gül dəstələri qoyaraq şəhidlərin xatirəsini yad etmişdir.