Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanovun 2 fevral Gənclər Günü münasibətilə təbriki.

02 fevral 2025 | 13:24

 2 feval gününün Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsas qoyuldu. 1997-ci ildə Ulu Öndərimizin "2 Fevral - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında" Sərəncamı nəinki gənclərin, eləcə də bütün ölkə vətəndaşlarının böyük ruh yüksəkliyinə səbəb olmuşdur. Ulu Öndərin prezidentliyi dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim öz üzərlərində hiss etmişdir.

Dövlətin gənclər siyasəti bu gün Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən yeni inkişaf mərhələsinə qədəm qoyub. Gənclərin hərtərəfli inkişafı, mükəmməl təhsil almaları,  bacarıqlarının stimullaşdırılması üçün münbit şərait yaradılıb. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində fəal iştirakı ilə seçilir. Azərbaycanda həyata keçirilən gənclər siyasəti gənc nəslin hərtərəfli inkişafı üçün şərait yaratmaqla yanaşı, onları vətənpərvər ruhda formalaşdırıb. Bu baxımdan 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Zəfər Azərbaycan gəncinin vətənpərvərliyini, gücünü, əzmini bütün dünyaya nümayiş etdirdi.

Əziz gənclər!

Sizi Gənclər Günü münasibətilə ürəkdən təbrik edirəm! Siz ölkəmizin gələcəyi, inkişafın və tərəqqinin əsas qüvvəsisiniz. Sizin enerjiniz, bilik və bacarıqlarınız Azərbaycanın daha da güclənməsinə, parlaq gələcəyinə töhfə verir.

Sizə yeni uğurlar, möhkəm iradə, böyük arzular və onların həyata keçməsi üçün əzmkarlıq arzulayıram. Həmişə biliklərə, yeniliklərə açıq olun, öz potensialınızı gerçəkləşdirin və cəmiyyətimizin inkişafında fəal iştirak edin!

Bayramınız mübarək!

Keçidlər