Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanovun 23 İyun- Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə təbriki-2026

22 iyun 2026 | 18:09

Hörmətli dövlət qulluqçuları!

Əziz həmkarlar!

Sizi 23 İyun- Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə təbrik edir, məsuliyyətli fəaliyyətinizdə uğurlar arzu edirəm. 21 iyul 2000-ci il tarixində Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə "Dövlət qulluğu haqqında" Qanunun qəbulu ölkəmizdə peşəkar, hüquqi, şəffaf və vətəndaşyönümlü idarəetmə sisteminin əsasını qoydu. Azərbaycan Respublikasının Prezidenti cənab İlnam Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamına əsasən, hər il iyunun 23-ü ölkəmizdə Dövlət Qulluqçularının Peşə Bayramı Günü kimi qeyd olunur.

Danılmaz həqiqətdir ki, şəxsi nümunəsi ilə hər bir dövlət qulluqçusuna örnək olan Ulu öndər Heydər Əliyevin Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılmasında və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda müstəsna xidmətləri olmuşdur. Bu uğurlu siyasətin bu gün də Ulu öndər Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, şəxsi keyfiyyətləri ilə xalqa və dövlətə xidməti xalqımız tərəfindən həmişə razılıq hissi ilə qarşılanır.

Dövlət qulluqçusu olmaq yüksək mənəvi məsuliyyət, fədakarlıq və vicdan tələb edən şərəfli bir peşədir. Müasir dövlət qulluqçusu artıq yalnız sənəd yazan məmur deyil. Bu gün sizdən çevik düşünmək, rəqəmsal idarəetmə alətlərini mənimsəmək, şəffaflıq, hər bir vətəndaşa diqqət və hörmətlə yanaşmaq tələb olunur. Ölkə başçısı cənab İlham Əliyevin dediyi kimi: "Müstəqil Azərbaycan Respublikasında dövlət qulluğunda çalışmaq hər bir insan üçün son dərəcə şərəfli işdir. Bu o deməkdir ki, həmin vətəndaşa müstəqil, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun ön sıralarında olmaq imkanı etibar edilmişdir. Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır". Sevindirici haldır ki, Qusar rayonunda da dövlət orqanlarında çalışan əməkdaşlar öz peşəkarlıqları, vətəndaşlara qayğıkeş yanaşmaları və idarəçilikdəki məsuliyyətləri ilə seçilir, rayonun sosial-iqtisadi inkişafına öz töhfələrini verirlər. Rayon İcra Hakimiyyəti olaraq biz sizin fəaliyyətinizi yüksək qiymətləndirir, sizinlə birlikdə gələcəyə daha güclü addımlarla irəliləməyə davam edirik. Əminəm ki, bundan sonra da siz dövlətçiliyimizə sadiq qalaraq, Prezidentimiz cənab İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyasını Qusar rayonunda uğurla həyata keçirəcək, rayonumuzun sosial-iqtisadi tərəqqisinə layiqli töhfə verəcəksiniz.

Hörmətli dövlət qulluqçuları!

Bu əlamətdar gündə sizə möhkəm cansağlığı, ailə səadəti, işlərinizdə tükənməz enerji və yeni uğurlar arzulayıram.

Keçidlər