Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanovun “Bilik günü” münasibətilə təbriki

15 sentyabr 2025 | 19:25
Əziz müəllim və şagirdlər, məktəbəqədər tərbiyə müəssisələrinin kollektivləri!
Yeni tədris ilinin başlanması münasibətilə rayon təhsil ictimaiyyətini, müəllim, şagird, tələbələri, xüsusilə ilk dərs gününün həyəcanını yaşayan birinciləri və valideynlərini təbrik edir, yeni dərs ilində müvəffəqiyyətlər arzu edirəm.
Bu il Qusar rayonu üzrə ümümtəhsil müəssisələrini 930 məzun bitirib, 465 nəfər ali təhsil müəssisələrinə sənəd verib. Onlardan 271 nəfəri Respublikanın müxtəlif ali təhsil müəssisələrinə, 31 nəfəri isə xarici ölkələrdə ali təhsil müəssisələrinə qəbul olaraq tələbə adını qazanıb. Sevindirici haldır ki, 24 nəfər 500-600 arası, 7 nəfər 600-dən yuxarı bal toplayıb.
Təhsildə qazanılan uğurlar bununla bitmir. 2024-2025-ci illərdə rayonun ümumtəhsil məktəblərinin 6 nəfər şagirdi müxtəlif müsabiqələrdə və fənn olimpiadalarında yüksək nəticələr əldə etmiş, evdə fərdi təhsilə cəlb olunmuş 1 nəfər şagird ali məktəbə qəbul olunmuşdur.
Dövlət başçısının təhsil sektoruna göstərdiyi diqqət və qayğı nəticəsində son illər təhsil tariximizdə yüksək inkişaf, bütün sahələrdə islahatların daha da dərinləşməsi dövrü kimi xarakterizə olunur, təhsil sektorunun inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi nəzərə alınır.
Ulu öndər Heydər Əliyev tərəfindən ölkəmizdə təhsilin prioritet sahə kimi inkişafına göstərilən dövlət qayğısı uğurla davam etdirilir, təhsil strategiyası müvəffəqiyyətlə həyata keçirilir. Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsində aparılan islahatlar, hər il yeni-yeni məktəblərin tikilməsi, təhsilin maddi-texniki bazasının, infrastrukturunun yenilənməsi, təhsil işçilərinin müxtəlif fəxri adlar və təltiflərlə mükafatlandırılması təhsilə və təhsil işçilərinə göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Əziz müəllimlər, şagirdlər və valideynlər, yeni tədris ili münasibətilə bir daha hər birinizi səmimi qəlbdən təbrik edir, yeni dərs ilində müvəffəqiyyətlər arzu edirəm!
Yeni tədris iliniz mübarək olsun!
Keçidlər