Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov Hil kəndinin sakinləri ilə görüşmüşdür
Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov Qusar rayonun Hil kəndinin sakinləri ilə görüşüb. Kənd sakinləri onları narahat edən məsələlərin həlli ilə bağlı rayon İcra Hakimiyyətinin başçısına müraciət ediblər. Qaldırılan problemlər sırasında K.Kərimov adına kənd məktəbində mühafizə xidmətinin təşkil olunması, məktəbdə ilkin tibbi yardımın göstərilməsi üçün tibb məntəqəsinin yaradılması, tibb işçisinin təyin edilməsi, yay aylarında suvarma suyun çatışmaması və su itkisinin qarşısının alınması üçün suvarma arxlarının lildən təmizlənməsinə köməkliyin göstərilməsini xahiş etmişdir. Qaldırılan məsələlərlə əlaqədar aidiyyatı idarələrinin rəhbərlərinə problemlərin həlli üçün tədbirlərin görülməsi tapşırılmışdır. Qəbulda kənd sakinləri ilə yanaşı RİHB Aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının, bir sıra idarə və müəssisələrinin rəhbərləri də iştirak etmişdir.