Qusar rayon Icra Hakimiyyətinin başçısı Şair Alxasov qadın sahibkarlarla görüşmüşdür.
"Azərbaycanda Qadın Sahibkarlarığının İnkişafı Assosiasiyası" İctimai Birliyi nümayəndələri 14.05.2022-ci il tarixdə Qusar rayonunda olmuş və Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasovla görüş keçirilmişdir. Görüşdə Şair Alxasov qonaqları salamlayaraq onları Qusar rayonunda görməsindən mənmun olduğunu bildirmiş və qadın sahibkarlarının iqtisadiyyatın müxtəlif sahələrində uğurla fealiyyət göstərdiklərini qeyd etmişdir. Ölkə başçısı cənab İlham Əliyevin qadın sahibkarlarığının inkişafı üçün hər cür şəraitin yaratdığını bildirən Şair Alxasov Qusar rayonunda da sahibkar qadınlar üçün geniş imkanların yaradıldığını bildirmişdir.
Daha sonra tədbir Heydər Əliyev Mərkəzində davam etmiş, "Azərbaycanda Qadın Sahibkarlarığının İnkişafı Assosiasiyası" İctimai Birliyi nümayəndələri rayon qadın sahibkarları ilə görüşmüş və respublikamızda sahibkarlığın inkişafı ilə bağlı bir sıra məsələlər müzakirə edilmişdir.