Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov rayonun Çubuqlu kəndində vətəndaşların səyyar qəbulunu keçirmişdir

17 yanvar 2024 | 17:35

Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov Çubuqlu kəndində vətəndaşlarla görüşmüş onları narahat edən problemləri ilə tanış olmuşdur.

Qəbulda kənd sakinləri ilə yanaşı RİHB Aparatının əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, bir sıra idarə və müəssisələrinin rəhbərləri də iştirak etmişdir. Kənd sakinləri ilk növbədə Çubuqlu kəndin qazlaşdırılması, istismara yararsız elektrik dirəklərinin və naqillərinin yeniləri ilə əvəz olunması, kəndin internet şəbəkəyə qoşulması, kənd yollarına çınqılın döşənməsi və digər məsələlərin həllinə köməklik göstərilməsini xahiş etmişdir. Qəbulda iştirak edən Xaçmaz Regional Enerji Təchizatı və Satışı idarəsininin rəisi Taleh Səfərov Çubuqlu və Ləgərqışlaq kəndlərinin fisiləsiz və dayanıqlı elektrik enerji ilə təmin olunması üçün mövcud nöqsanların qısa vaxt ərzində aradan qaldıracağını, layihəyə əsasən elektrik enerjinin verilişində Xaçmaz rayonundan olan asılılığının aradan götürüləcəyini, ümumilikdə kəndlərin elektrik sistemlərinin yenidən qurulacağını bildirmişdir. Sakinlər tərəfindən qaldırılan digər məsələlərə müvafiq izahat verilmiş, qaldırılan  problemlərin həlli üçün əlaqədar idarə və təşkilat rəhbərlərinə tapşırıqlar verilmişdir.

Keçidlər