Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov rayonun Ləgərqışlaq kəndində vətəndaşların səyyar qəbulunu keçirmişdir

15 yanvar 2024 | 15:20

Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov Ləgərqışlaq kəndində vətəndaşlarla görüş zamanı onları narahat edən problemləri ilə tanış olmuşdur.

Qəbulda kənd sakinləri ilə yanaşı RİHB Aparatının əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, bir sıra idarə və müəssisələrinin rəhbərləri, həmçinin qəbula dəvət olunmuş Xaçmaz Regional Enerji Təchizatı və Satışı idarəsininin rəhbərliyi də iştirak etmişdir. Kənd sakinləri ilk növbədə Ləgərqışlaq kəndinin təbii qazla və fasiləsiz elektrik enerji ilə təmin olunması, kənddə uşaq bağçasının və ya məktəbəqədər təhsil qrupunun açılması, tibb məntəqənin əsaslı təmir olunması, kənd yollarına çınqılın döşənməsi və digər məsələlərin həllinə köməklik göstərilməsini xahiş etmişdir. Xaçmaz Regional Enerji Təchizatı və Satışı idarəsininin rəisi Taleh Səfərov enerji təchizatında mövcud nöqsanların qısa vaxt ərzində aradan qaldıracağını, bunun üçün istismara yararsız elektrik dirəklərin və naqillərinin yeniləri ilə əvəz ediləcəyi, 2018-ci ildən yarımçıq qalmış kabelləşmə işlərinin dəvam etdiriləcəyini bildirmişdir. Sakinlər tərəfindən qaldırılan digər məsələlərə müvafiq izahat verilmiş, qaldırılan  problemlərin həlli üçün əlaqədar idarə və təşkilat rəhbərlərinə tapşırıqlar verilmişdir.

Keçidlər