Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov rayonun Mucuq kəndindən olan şəhid Tural Əhmədovun ailəsi üçün inşa edilmiş yeni mənzilə baxış keçirmişdir
2023-cü il may ayının 24-də Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov Vətən müharibəsi şəhidi, Əhmədov Turalın ailəsi üçün tikilmiş yeni fərdi yaşayış evində şəhidin ailə üzvləri ilə növbəti dəfə çay süfrəsi ətrafında görüş keçirmişdir.
Ümumiyyətlə, Azərbaycanda şəhid ailələrinin, müharibə əlillərinin və veteranların sosial müdafiəsi ölkə başçısının həyata keçirdiyi daxili siyasət kursunun prioritet istiqamətidir. Xüsusilə, 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələrinin, yaralanan, zərər çəkən mülki vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı fərman və sərəncamlar imzalanıb. Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə canını qurban verən vətəndaşlarımızın ailə üzvlərinin yaşayış şəraitinin yaxşılaşdırılması daim dövlətin nəzarəti altındadır. Şəhidin anası çıxış edərək onlara daim qayğı ilə yanaşan ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlığını bildirmiş, bir sıra məsələlərin həlli ilə bağlı arzu və istəylərini səsləndirmişdir.
RİH başçısı Şair Alxasov şəhid ailələrinin qayğı və problemləri ilə maraqlanmış, qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar vermişdir.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdıırlması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamına əsasən şəhidlik zirvəsinə yüksələn qəhrəmanalrımızn ailələri və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilən vətəndaşlar 2021-2025-ci illər ərzində mərhələli şəkildə mənzil və ya fərdi evlərlə təmin olunacaqdır. Şəhidin anası Əhmədova Elza üçün 2021-ci ildə Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfndən fərdi ev tikilmişdir.