Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar Rayon İcra Hakimiyyətinin başçısı şəhər sakinləri ilə növbəti məhəllə görüşünü keçirib

20 avqust 2025 | 18:22
Görüşdə RİH başçısı Aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, müvafiq idarə, müəssisə, təşkilatların rəhbərləri və sakinlər iştirak ediblər. 19 avqust tarixində keçirilmiş məhəllə görüşündə sakinlər tərəfindən bir sıra sosial-iqtisadi məsələlər qaldırılmışdır. Onların müraciətləri əsasən binaların dam örtüklərinin təmiri, ünvanlı dövlət sosial yardımının alınmasına dəstək göstərilməsi, yolların bərpası və asfaltlanması, torpaq sahələri ilə təminat və Qusar şəhər stadionunun təmiri ilə bağlı olmuşdur.
Qaldırılan məsələlərə dair vətəndaşlara ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, binaların dam örtüyündə mövcud olan nasazlıqların aradan qaldırılması üçün yerində baxış keçiriləcək və vəziyyətə uyğun tədbirlər görüləcəkdir. Sosial yardımın təyin edilməsi ilə bağlı son illərdə müsbət dinamikanın müşahidə olunduğu, əhalinin bu yardımla əhatə olunma faizinin 0.4 faizdən 1,5 faizə qədər artdığı qeyd olunmuşdur. Yolların bərpası məsələsinə toxunulmuş, hazırda 18 küçənin təmir layihəsinə daxil edildiyi və yaxın dövrdə işlərin mərhələli şəkildə həyata keçiriləcəyi vurğulanmışdır. Qusar şəhər stadionu ilə bağlı isə məlumat verilmişdir ki, obyektin dövlət balansına təhvil verilməsi prosesi aparılır və bu mərhələ tamamlandıqdan sonra təmir-bərpa işlərinə başlanacaqdır.
Keçidlər