Qusar rayon İcra Hakimiyyətinin başçısının növbəti qəbulu Əniqoba kəndində olmuşdur
Qusar rayon İcra Hakimiyyətinin başçsı Şair Alxasov tərəfindən rayonun Əniqoba kəndində vətəndaşların səyyar qəbulu keçirilmişdir. Qəbulda kənd sakinləri ilə yanaşı RİHB Aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanıllarının, bir sıra idarə və müəssisələrinin rəhbərləri də iştirak etmişdir. Vətəndaşlar suvarma və içməli su, elektrik enerjisi ilə təminatında, telefon və internet xidmətləri, kənd yollarının təmiri və digər sahələrdə olan problem və çatışmazlıqların aradan qaldırılmasında köməklik göstərilməsi barədə məsələlər qaldırmışdır. Qəbulda kənd sakinləri tərəfindən qaldırılan suallar dinlənilmiş, bir sıra məsələlərlə bağlı sakinlərə müvafiq izahatlar verilmiş, digər problemlərin həlli üçün rayon rəhbəri tərəfindən əlaqədar qurum və təşkilat rəhbərlərinə ciddi tapşırıqlar verilmişdir.