Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayon İcra Hakimiyyətinin başçısının növbəti səyyar qəbulu Düztahir kəndində keçirilmişdir.

05 mart 2024 | 17:26

Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasovun iştirakı ilə Düztahir kəndində keçirildiyi səyyar qəbulda kənd sakinləri kəndin qazlaşdırılması, qəzalı vəziyyətdə olan elektrik və rabitə dirəklərinin yeniləri ilə əvəz olunması, tibb məntəqəyə həkimin təyin edilməsi, mətkəbin dam örtüyünün təmiri, kənd yollarının hamarlanması və digər məsələlərin həllinə köməklik göstərilməsi xahiş etmişdir. Sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilmiş, bir sıra məsələlərə müvafiq izahat verilmiş, digər  problemlərin həlli üçün rayon rəbhəri tərəfindən əlaqədar idarə və təşkilat rəhbərlərinə tapşırıqlar verilmişdir. Qəbulda kənd sakinləri ilə yanaşı RİHB Aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının, bir sıra idarə və müəssisələrinin rəhbərləri də iştirak etmişdir.

Keçidlər