Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayon rəhbərliyi I Qarabağ müharibəsi qazisinin yas mərasimində iştirak edib

21 avqust 2026 | 09:22
Avqustun 20-də Qusar rayonunun Cibir kəndində Birinci Qarabağ müharibəsi qazisi Xidirov Eldar Zikrulla oğlunun yas mərasimi keçirilib.
Yas mərasimində Milli Məclisin deputatı Azər Badamov, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Rayon Polis Şöbəsinin rəisi Azər Əfəndiyev, Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri Kamran Əmirov, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşları və kənd ictimaiyyəti iştirak etmişdir.
Rəsmi şəxslər mərhumun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verərək, onlara səbir diləyiblər. Qeyd edilib ki, Eldar Xidirov Birinci Qarabağ müharibəsində ləyaqətlə vuruşmuş, Vətənə sədaqətlə xidmət etmiş qəhrəman oğullardan biri olub. Vurğulanıb ki, Eldar Xidirov kimi vətənsevər insanların keçdiyi şərəfli ömür yolu gələcək nəsillər üçün örnəkdir. Onun əziz xatirəsi Qusar ictimaiyyəti tərəfindən daim ehtiramla yad ediləcəkdir.
Keçidlər