Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar Rayon Statistika İdarəsində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

07 noyabr 2026 | 17:00
 
Qusar Rayon Statistika İdarəsində 8 Noyabr – Zəfər Günü ilə bağlı tədbir keçirilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Statistika İdarəsinin rəisi Abdulkərim Aşurov çıxışında bildirib ki, əldə edilən möhtəşəm Zəfər aparılan uğurlu dövlət siyasətinin, xalqımızın əzminin və müzəffər Ordumuzun şücaətinin nəticəsidir. O qeyd edib ki, bu tarixi Qələbə yalnız hərbi əməliyyatların uğurlu yekunu deyil, həm də nəsildən-nəslə ötürülən azadlıq ruhunun və tarixi ədalətin bərpasıdır. Azərbaycan Ordusu dövlət başçısının rəhbərliyi ilə yüksək döyüş hazırlığı, düzgün hərbi strategiya və müasir texnologiyalardan peşəkar istifadə ilə bu Zəfərə nail olub. Aşurov vurğulayıb ki, bu gün bizim əsas vəzifəmiz Zəfərin ruhunu yaşatmaqdır.
Tədbirdə çıxış edən digər əməkdaşlar da qazanılan parlaq qələbənin Azərbaycanın gələcək inkişafına müsbət təsirindən danışıb, Zəfərin nəticələri ilə bağlı fikirlərini bölüşüblər. Çıxışlarda bildirilib ki, 44 günlük Vətən müharibəsində qazanılan Qələbə ölkəmizin ərazi bütövlüyünün bərpası ilə yanaşı, xalqın birliyini daha da möhkəmləndirib.
Keçidlər