Qusar rayonun İmamqulukənd kəndində vətəndaşların növbəti səyyar qəbulu keçirilmişdir
Qusar rayonun İmamqulukənd kəndində keçirilən səyyar qəbulda vətəndaşlar son illərdə kənddə həyata keçirilən layihələr üzrə görülən işləri qeyd etməklə yanaşı, qalmaqda olan və onları narahat edən problemlərdən də söz açmışdır. Kənd sakinləri suvarma arxlarına beton örtüyün çəkilməsi, kənddaxili küçələrin təmir olunması və işıqlandırılması, yeni tibb məntəqəsinin və avtobus dayanacağının tikilməsi, uşaq bağçası və məktəb binalarında təbii qazla işləyən istilik sistemlərin quraşdırılması və digər məsələlərin həllinə köməklik göstərilməsi xahiş etmişdir. Sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilmiş, bir sıra məsələlərə müvafiq izahat verilmiş, digər problemlərin həlli üçün əlaqədar idarə və təşkilat rəhbərlərinə tapşırıqlar verilmişdir. Qəbulda kənd sakinləri ilə yanaşı RİHB Aparatının əməkdaşları, bir sıra idarə və müəssisələrinin rəhbərləri də iştirak etmişdir.