Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonun Kuzunqışlaq kəndində vətəndaşları narahat edən problemlər dinlənilmişdir.

15 dekabr 2023 | 17:38

Qusar rayonun Kuzunqışlaq kəndində keçirilən səyyar qəbulda sakinlər kənddə həyata keçirilimiş işləri qeyd etməklə yanaşı, onları narahat edən məsələləri də diqqətə çatdırmışdır. Sakinlər mineral gübrə və pestisidlərin kənddə səyyar satışının təşkili, məktəb binasının tikintisi, yenidən qurulmuş elektrik şəbəkənin istismara verilməsi, yolların təmiri, suvarma suyu ilə təminatında olan problemlərin və digər məsələlərin həllinə köməklik göstərilməsi xahiş etmişdir. Vətəndaşlar tərəfindən qaldırılan məsələlər dinlənilmiş, bir sıra məsələlərə müvafiq izahat verilmiş, ötən qəbulda qaldırılan məsələlərdən keçən müddət ərzində həll olunan məsələlər sakinlərin diqqətinə çatdırılmış, hazırkı qəbulda qaldırılan  problemlərin həlli üçün əlaqədar idarə və təşkilat rəhbərlərinə tapşırıqlar verilmişdir. Qəbulda kənd sakinləri ilə yanaşı RİHB Aparatının əməkdaşları, bir sıra idarə və müəssisələrinin rəhbərləri də iştirak etmişdir.

Keçidlər