Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunda 1 oktyabr Prokurorluq işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib.

01 oktyabr 2022 | 12:35

Tədbir iştirakçiları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzüməklə, xatirəsini ehtiramla yad etmişlər. Daha sonra tədbir rayon İcra Hakimiyyətinin akt zalında davam etmişdir. Tədbiri giriş sözü ilə açan RİH başçısı Şair Alxasov Azərbaycan Prokurorluq orqanlarının keçdiyi şərəfli yoldan danışmış, prokurorluq orqanlarının əməkdaşlarının qanunlara, xalqa, vətənə, Ümummilli Lider Heydər Əliyevin ideyalarına və Prezident İlham Əliyevin siyasi kursuna sadiqliyindən, ictimai asayişin, vətəndsaşların hüquq və azadlıqların qorunmasında əzmkarlığından söz açmışdır. Tədbirdə çıxış edən rayon Prokuroru Elxan Əbdurrəhmanov prokurorluq işçilərinə ölkə rəhbəri səviyyəsində göstərilən diqqətə görə minnətdarlığını ifadə edərək bundan sonra da öz vəzifələrinin icrası üçün əzmlə calışacaqlarını bildirmişdir.
Tədbirin sonunda xidmətdə fərqlənən rayon Prokurorluq orqanlarının bir sıra əməkdaşlarına Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olunmuşdur.

Keçidlər