Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunda 12 Noyabr – Konstitusiya Günü münasibətilə silsilə tədbirlər keçirilmişdir

13 noyabr 2025 | 11:07
11–12 noyabr tarixlərində 12 Noyabr - Konstitusiya Günü münasibətilə Qusar rayonunda genişmiqyaslı maarifləndirici tədbirlər həyata keçirilmişdir. Rayonun kənd klub və kitabxana filiallarında “Əsas Qanunumuz – dövlətçiliyimizin təməli”, “Konstitusiya – insan hüquq və azadlıqlarının təminatçısı” mövzularında sərgilər, məlumat saatları təşkil edilmişdir.Tədbirlərdə 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul olunmuş müstəqil Azərbaycanın ilk Konstitusiyasının mahiyyəti, onun dövlət idarəçiliyinin hüquqi bazasının formalaşmasındakı rolu və demokratik cəmiyyətin bünövrəsi kimi əhəmiyyəti geniş şəkildə iştirakçılara çatdırılmışdır.
2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində Qusar şəhər 1 saylı tam orta məktəbdə “Dövlətin əsas qanunu – Konstitusiya” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin, Rayon Prokurorluğunun, Rayon Polis Şöbəsinin və Təhsil Şöbəsinin əməkdaşları, məktəb rəhbərliyi, müəllim və şagird kollektivi iştirak etmişdir.
Çıxış edən natiqlər qeyd etmişlər ki, Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın azad iradəsinin ifadəsi, dövlət müstəqilliyimizin, hüquqi və demokratik cəmiyyət quruculuğunun mühüm təminatıdır. Bildirilmişdir ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə qəbul olunmuş bu sənəd dövlət hakimiyyətinin təşkili, insan və vətəndaş hüquqlarının müdafiəsi, cəmiyyət və dövlət münasibətlərinin tənzimlənməsi baxımından milli qanunvericilik sistemimizin əsasını təşkil edir.
12 Noyabr – Konstitusiya Günü münasibətilə rayonun digər ümumtəhsil müəssisələrində də dəyirmi masalar, açıq dərslər, müxtəlif yarışlar keçirilmiş, şagirdlərə Konstitusiyanın mahiyyəti, əsas müddəalarına dair dolğun məlumat verilmişdir.
Keçidlər