Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunda 18 Oktyabr-Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib

19 oktyabr 2026 | 09:29
Elza İbrahimova adına Qusar şəhər Uşaq İncəsənət Məktəbində “Vətənpərvərlik və mənəvi dəyərlər” mövzusunda keçirilən tədbirdə Qusar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Kamran Sadullayev, məktəbin direktoru Reyhan Bağışova, müəllimlər, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə mövzu ətrafında çıxışlar zamanı milli-mənəvi dəyərlərin qorunması, tarixi yaddaşın gələcək nəsillərə ötürülməsi və gənclərin Vətənə bağlılıq ruhunda yetişdirilməsinin vacibliyi vurğulanıb. Tədbirin bədii hissəsində şagirdlər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, musiqi nömrələri və “Zəfər rəqsi” kompozisiyası təqdim edilib. Yekun çıxışında Kamran Sadullayev gənc nəslin milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsində təhsil və mədəniyyət müəssisələrinin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib, bu sahədə maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayıb.
Əlamətdar günlə əlaqədar Qusar Rayon Mərkəzi Kitabxanasında “Müstəqillik – milli qürurumuz” adlı tədbir təşkil olunub. Mərkəzi Kitabxananın əməkdaşlarının və fəal oxucuların iştirak etdiyi tədbirdə mövzu ətrafında çıxışlar dinlənilib, vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, Müstəqilliyin Bərpası Gününün tarixi mahiyyətini əks etdirən kitab sərgisi təqdim olunub və videoçarx nümayiş etdirilib.
Keçidlər