Qusar rayonunda 2 iyul Azərbaycan Polisi işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə Qusar rayon İcra Hakimiyyətinin başçısı cənab Şair Alxasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Qusar rayon Polis şöbəsinin əməkdaşları iştirak etmişdir. Tədbir iştirakçiları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzüməklə, xatirəsini ehtiramla yad etmişlər. Daha sonra tədbir Qusar rayon İcra Hakimiyyətinin akt zalında davam etmişdir. Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov Azərbaycan polisinin keçdiyi şərəfli yoldan danışmış, Ulu Öndər Heydər Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə hər il iyulun 2-sinin ölkəmizdə Polis işçilərinin peşə bayramı kimi qeyd olunduğunu diqqətə çatdırmışdır. Rayon polis şöbəsinin əməkdaşları qanunlara, xalqa, vətənə, Ümummilli Lider Heydər Əliyevin ideyalarına və Prezident İlham Əliyevin siyasi kursuna daim sadiqlik nümayiş etdirmiş, ictimai asayişin, vətəndsaşların hüquq və azadlıqların qorunmasında əzmlə çalışmışlar. Tədbirdə çıxış edən rayon Prokuroru Elxan Əbdurrəhmanov polis işçilərini peşə bayramı münasibətilə təbrik etmiş, olkəmizdə sabitliyin qorunmasında polisin xidmətlərindən, dövlətin hüquq-mühafizə orqanları işçilərinə göstərdiyi diqqət və qayğıdan söz açmışdır. Rayon Polis şöbəsinin rəisi polis polkovniki Eldar İlyasov Azərbaycan dövlətinin formalaşdırılmasında, milli maraqlarının qorunmasında Azərbaycan polisinin müstəsna xidmətləri haqqında danışaraq, Azərbaycan polisinin yarandığı gündən ictimai asayışın və təhlükəsizliyin mühafizəsi, sabitliyin, əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələrin öhdəsindən daim layiqincə gəlməyə çalışdıqlarını bildirmişdir.
Tədbirin sonunda xidmətdə fərqlənən rayon Polis şöbəsinin bir sıra əməkdaşlarına Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olunmuşdur.