Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunda 2 iyul Azərbaycan Polisi işçilərinin peşə bayramı qeyd olundu.

02 iyul 2024 | 17:13

Polis işçilərinin peşə bayramına həsr olunmuş tədbirdə Qusar rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edən, RİH başçısının birinci müavini Şahid Fərəməzov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Qusar rayon Polis şöbəsinin əməkdaşları iştirak etmişdir. Tədbir iştirakçiları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzməklə, xatirəsini ehtiramla yad etmişlər. Daha sonra tədbir Heydər Əliyev Mərkəzinin akt zalında davam etmişdir. Tədbirdə çıxış edən Şahid Fərəməzov Azərbaycan polisinin keçdiyi şərəfli yoldan danışmış, Ulu Öndər Heydər Əliyevin 1998-ci il 24 may tarixli fərmanına əsasən hər il iyulun 2-sinin ölkəmizdə Polis işçilərinin peşə bayramı kimi qeyd olunduğunu diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, rayon polis şöbəsinin əməkdaşları da qanunlara, xalqa, vətənə, Ümummilli Lider Heydər Əliyevin ideyalarına və Prezident İlham Əliyevin siyasi kursuna daim sadiqlik nümayiş etdirmiş,  ictimai asayişin, vətəndsaşların hüquq və azadlıqların qorunmasında əzmlə çalışmışlar. Tədbirdə çıxış edən rayon Prokuroru Elxan Əbdurrəhmanov polis işçilərini peşə bayramı münasibətilə təbrik etmiş, olkəmizdə sabitliyin qorunmasında polisin xidmətlərindən, dövlətin hüquq-mühafizə orqanları işçilərinə göstərdiyi diqqət və qayğıdan söz açmışdır. Rayon Polis şöbəsinin rəisi polis polkovnik-leytenantı Azər Əfəndiyev Azərbaycan dövlətinin formalaşdırılmasında, milli maraqlarının qorunmasında Azərbaycan polisinin müstəsna xidmətləri haqqında danışaraq, Azərbaycan polisinin yarandığı gündən ictimai asayışın və təhlükəsizliyin mühafizəsi, sabitliyin, əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələrin öhdəsindən daim layiqincə gəlməyə  çalışdıqlarını bildirmiş, peşə bayramı münasibətilə Daxili İşlər Nazirinin müvafiq əmrləri ilə bir sıra polis əməkdaşlarının rütbələrinin artırıldığını, Rayon Polis Şöbəsi rəisinin əmri ilə xidmətdə fərqlənən əməkdaşlara pul mükafatlarının verildiyini qeyd etmişdir.

Tədbirin sonunda nümunəvi xidməti ilə fərqlənən rayon Polis şöbəsinin əməkdaşlarına Rayon İcra Hakimiyyətinin qiymətli hədiyyələri təqdim olunmuşdur.

Keçidlər