Qusar rayonunda 20 Yanvar faciəsinin 33-cü il dönümünə həsr olunmuş anım tədbirləri keçirilmişdir
20 Yanvar faciəsinin 33-cü il dönümü ilə bağlı rayonun Şəhidlər Xiyabanında anım mərasimi keçirilmişdir. Ümumxalq hüzn günündə Qusar rayon İcra Hakimiyyətinin başçısının Aparatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Anım tədbirində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə və şəhidlərin qəbirlərinə gül dəstələri qoyulmuş, dualar oxunmuşdur. Vətənin azadlığı və suverinliyi uğrunda canlarından keçmiş, günahsız qətlə yetirilmiş şəhidlərin əziz xatirəsi böyük ehtiramla yad edilmişdir. Eyni zamanda rayon ərazisində matəm əlaməti olaraq Dövlət bayrağları endirilmiş və Bakı vaxtı ilə saat 12:00-da rayonun bütün ərazilərində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.