Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunda 27 sentyabr-Anım Günü ilə bağlı silsilə tədbirlər keçirilmişdir

27 sentyabr 2025 | 13:51
Azərbaycan xalqı üçün 27 Sentyabr tarixi xüsusi mənaya malikdir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsinin başladığı gün – sentyabrın 27-si Anım Günü kimi elan edilmişdir.
Bütün ölkə ərazisində olduğu kimi, Qusar rayonunda da 27 sentyabr – Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir.
Qusar Rayon Heydər Əliyev Mərkəzində şəhid ailələrinin üzvləri, rayon mədəniyyət müəssisələrinin rəhbərləri və əməkdaşlarının, məktəb şagirdlərinin iştirakı ilə keçirilmiş tədbirdə çıxış edən natiqlər 44 günlük Vətən müharibəsində torpaqlarımızın bütövlüyü və suverenliyi uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin xatirəsini yad edib, onların keçdikləri şərəfli yoldan söz açıblar.
Qusar Rayon Mədəniyyət Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyində keçirilən tədbirlərdə şagirdlərin ifasında şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirilmiş, videoçarxlar nümayiş etdirilmiş, şəhidlərin həyat və döyüş yoluna nəzər salınaraq, xatirələri yad edilmişdir.
Qusar Dövlət Rəsm Qalereyasında Anım Gününün beşinci ildönümünə həsr olunmuş məktəblilərin əl işlərindən ibarət sərgi nümayiş etdirilmişdir. Qusar Rayon Mərkəzi Kitabxanasında isə şairə Esmira Günəşin şəhid Oleq Cəfərova həsr etdiyi “Şahin gözlü snayper” kitabının təqdimatı təşkil olunmuşdur.
Kənd mədəniyyət müəssisələrində də Anım Gününə həsr olunmuş tədbirlər keçirilmiş, filialların əməkdaşları tərəfindən şəhid ailələri, şəhid məzarları ziyarət edilmişdir.
Rayonda yerləşən bütün ümumtəhsil müəssisələrində ilk dərslər Anım Gününə həsr olunmuş tədbirlər keçirilmişdir. Tədbirlərdə 44 günlük Zəfər tariximizi əks etdirən, Vətən müharibəsi və şəhidlərimizlə bağlı kitab, məqalə və şəkillərdən ibarət sərgilər, Anım Gününə həsr olunmuş filmlər nümayiş etdirilmişdir. Şagirdlər ədəbi-bədii kompozisiyalarla çıxış etmiş və şəhidlərin xatirəsinə həsr edilmiş şeirlər səsləndirmişlər. Şagirdlərə 44 günlük Vətən müharibəsi, işğaldan azad edilmiş bölgələrin tarixi haqqında ətraflı məlumat verilmiş, şəhidlərimizin həyat və mübarizə yolunu əks etdirən videoçarxlar nümayiş etdirilmişdir.
Keçidlər