Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar silsilə anım tədbirləri keçirilmişdir

01 aprel 2026 | 18:53
Rayonun müxtəlif mədəniyyət və təhsil müəssisələrində təşkil olunan tədbirlərdə 1918-ci il mart hadisələrinin tarixi mahiyyəti geniş şəkildə işıqlandırılmışdır.
Martın 31-də Elza İbrahimova adına şəhər Uşaq İncəsənət Məktəbində təşkil olunan anım tədbiri çərçivəsində 31 Mart soyqırımının tarixi həqiqətlərini əks etdirən sənədli film nümayiş etdirilmiş, şagirdlərin bu mövzuda rəsm əsərlərindən ibarət sərgi təşkil olunmuşdur.
Rayonun Tarix-Diyarşünaslıq Muzeyində təşkil olunan “Tarixin qanlı səhifələri” mövzusunda anım tədbirində çıxış edən natiqlər 1918-ci il mart hadisələrinin mahiyyətindən geniş bəhs edərək, xalqımıza qarşı törədilmiş soyqırımı aktlarının tariximizin ən faciəli və unudulmaz səhifələrindən biri olduğunu diqqətə çatdırmışlar. Qeyd edilmişdir ki, bu hadisələrin obyektiv şəkildə öyrənilməsi və ictimaiyyətə çatdırılması milli yaddaşın qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Sonda mövzuya həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.
Qusar rayon Mərkəzi Kitabxanasında təşkil olunan “Tarixin qanlı səhifəsi” və Qusar Rayon Mədəniyyət Mərkəzində keçirilən “31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür” mövzusunda dəyirmi masada soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, mövzu ətrafında çıxışlar dinlənilmişdir.
Həmçinin, rayonun ümumtəhsil müəssisələrində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbirləri keçirilmişdir. Tədbirlərdə şagirdlərə faciənin tarixi, 1918-ci il mart hadisələrinin səbəbləri və acı nəticələri barədə ətraflı məlumat verilmişdir. Məktəblərin pedaqoji kollektivləri Quba Soyqırımı Memorial Kompleksini ziyarət etmişdir.
Rayonun Aşağı İmamqulukənd kənd ümumi orta məktəbində keçirilən tədbirdə Qusar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Kamran Sədullayev və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin məsləhətçisi Mehman Məmmədov iştirak etmiş, təhsilalanlara 31 Mart soyqırımı ilə bağlı tarixi faktların dili ilə geniş məlumat təqdim edilmişdir.
Keçidlər