Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunda 44 günlük Vətən müharibəsi qəhrəmanlarının xatirəsi yad edilmişdir

06 oktyabr 2025 | 18:36
Torpaq uğrunda ölən varsa, Vətəndir! Azərbaycan xalqının igid övladları 44 günlük Vətən müharibəsinin hər günündə dönə-dönə sübut etdilər ki, üzərinə ayaq basdığımız, müqəddəs bildiyimiz bu topraqların hər qarışı Vətəndir!
Oktyabr ayının 6-da II Qarabağ müharibəsi zamanı şəhadətə ucalmış Qusar rayon şəhidlərinin məzarları ziyarət olunub, əziz xatirələri ehtiramla yad edilib. Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanov şəhidlərin ailələri ilə əlaqə saxlayaraq, başsağlığı vermiş, onların qayğıları ilə maraqlanmışdır.
Şəhid MAXE-İsmayılov Orxan Qədim oğlu 24 sentyabr 1990-cı ildə Qusar rayonunun Həsənqala kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun kiçik çavuşu olmuş Orxan İsmayılov 2020-ci il sentyabrın 27-də II Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, oktyabrın 3-də Füzuli döyüşləri zamanı şəhid olub.
Ölümündən sonra “Döyüşlərdə fərqlənməyə görə” medalı, “Füzulinin azad olunmasına görə” medalı, “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.
Şəhid Əlimuradov Orxan Roman oğlu 11 yanvar 1993-cü ildə Qusar rayonunun Ukur kəndində anadan olmuşdur. II Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, oktyabrın 5-də Füzuli döyüşləri zamanı şəhid olub.
Ölümündən sonra “Şücaətə görə” medalı, “Füzulinin azad olunmasına görə” medalı, “Cəsur döyüşçü”, “Vətən uğrunda” medalı, “Cəbrayılın azad olunmasına görə” medalı, 3-cü dərəcəli “Rəşadət” ordeni, “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Şəhid Gizir-Pirseyidov Elnur Nasir oğlu 25 noyabr 1993-cü ildə Qusar rayonunun Avaran kəndində anadan olmuşdur. 44 günlük Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, oktyabrın 6-da Ağdərə istiqamətində şəhid olub. Ölüümündən sonra “Vətən uğrunda” medalı, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Cəsur döyüşçü” medalı, “Kəlbəcərin azad olunmasına görə” medalı, “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Keçidlər